AMEA-nın prezidenti: Ortaq əlifbanın tətbiqi türk xalqları arasında inteqrasiyanın daha da dərinləşməsi üçün mühüm zəmin yaradacaq
29.06.2026 [16:52]
Xəbərin mətni
Latın qrafikalı ortaq əlifbanın tətbiqi türk xalqları arasında elmi, mədəni və humanitar inteqrasiyanın daha da dərinləşməsi üçün mühüm zəmin yaradacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Heydər Əliyev Mərkəzində keçirilən panel sessiyada çıxışı zamanı danışıb.