Azərbaycan Dövlət İnformasiya Agentliyi

TDT-nin Baş katibi: Bakıda keçirilən tədbirlər ortaq tariximizə verilən dəyərin və gələcəyə baxışımızın ifadəsidir

29.06.2026 [17:02]

Xəbərin mətni

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda keçirilməsi Türk dünyasının ortaq tarixinin və gələcəyə yönəlmiş əməkdaşlığının rəmzidir. 1926-cı ildə Bakıda təşkil olunmuş qurultay necə tarixi əhəmiyyət daşıyırdısa, bu gün keçirilən tədbir də türk dövlətləri arasında birliyin daha da möhkəmlənməsinə xidmət edir. Bu fikirləri jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.