Vüqar Gülməmmədov: Dövlət satınalmalarının effektiv auditi iqtisadi artım və ictimai etimadın əsas təminatlarından biridir
01.07.2026 [16:05]
Xəbərin mətni
Dövlət satınalmaları dövlət maliyyəsinin ən mühüm xərcləmə alətlərindən biri olmaqla yanaşı, iqtisadi inkişafın, fiskal dayanıqlığın və ictimai rifahın formalaşmasına birbaşa təsir göstərir. Bu sözləri Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.