Rusiyalı auditor: Dövlət vəsaitinin hər qəpiyi təyinatı üzrə xərclənməlidir
01.07.2026 [17:13]
Xəbərin mətni
Dövlət satınalmalarının auditinin əsas məqsədi büdcə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadəsini təmin etməkdir. Bunu Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupuna sədrlik edən Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova Bakıda jurnalistlərə açıqlamasında bildirib.