Kərim Tahirov: Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatını ilk dəfə tam və dolğun formada oxuculara təqdim edilib
02.07.2026 [15:07]
Xəbərin mətni
1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatı Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə yenidən nəşr olunub. Bu nəşrin əvvəlkilərdən əsas fərqi ondan ibarətdir ki, sovet dövründə tarixi ədalətsizlik nəticəsində stenoqrafik hesabata daxil edilməmiş Azərbaycan və digər türk dillərindəki məruzələr ilk dəfə tam şəkildə bərpa edilərək nəşrə daxil edilib. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyib.