Ekspert: Dövlət büdcəsindən verilən subsidiyalar ərzaq bazarında qiymətlərin kəskin dəyişməsinin qarşısını alır
03.07.2026 [12:22]
Xəbərin mətni
Neft-qaz, enerji qiymətlərinin artması, dünya ərzaq bazarına iki istiqamətdə təsir göstərir. Birincisi bu, nəqliyyat-logistika və daşıma xərclərini artırmaqla məhsulun maya dəyərini yüksəldir. Həm məhsulun istehsal xərci, həm də hazır məhsulun satış və daşıma xərcləri artır. İkinci təsir isə xüsusən kənd təsərrüfatı məhsullarının maya dəyərinin əhəmiyyətli elementi olan gübrə məhsullarının qiymətinin bahalaşmasıdır. Bu sözləri iqtisadçı Xalid Kərimli deyib.