Uşaqlar rəqəmsal mühitdə qorunacaq: Sosial şəbəkələrdə yaş tələbi
03.07.2026 [18:18]
Xəbərin mətni
Əksər valideynləri narahat edən məsələ - uşaqların sosial şəbəkə təhlükəsizliyi qanunvericiliklə tənzimlənəcək. Belə ki, Milli Məclisin plenar iclasında üçüncü oxunuşda qəbul edilən dəyişikliklərlə artıq qeydiyyat zamanı yaşın yoxlanılması mexanizmi tətbiq ediləcək. Yeni tənzimləməyə əsasən, 16 yaşınadək uşaqlar sosial şəbəkə platformalarında hesab yarada bilməyəcək. 16-18 yaş arası yeniyetmələr isə valideyn razılığı ilə qeydiyyatdan keçə biləcəklər.