Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Arzum budur ki, Cəbrayılda mənim də bir əməyim olsun

06.07.2026 [10:18]

Xəbərin mətni

İndi elə bir sevinc hissi keçiririk ki, onu sözlə ifadə etmək olmur. Doğulduğumuz, uşaqlığımızın, cavanlığımızın keçdiyi torpaqlara gedirik. Azərbaycanın hər yeri bizim torpağımızdır, bizim Vətənimizdir. Amma insanın doğulduğu yerə, yaşadığı yurda qayıtmasının sevinci tamam başqadır. Bu fikirləri bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Fazil Əliyev deyib.