Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl sakini: İnanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq

06.07.2026 [10:21]

Xəbərin mətni

Doğma yurda qayıtmaq bizim üçün misilsiz sevincdir. Bu hissləri sözlə ifadə etmək çox çətindir. Uşaqlığımızın ən gözəl illəri məcburi köçkünlük şəraitində keçdi. Buna baxmayaraq, heç vaxt ümidimizi üzmədik. Həmişə inanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq. Bu fikirləri bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Mürvət Əliyev deyib.