Hafiz Paşayev: XX Bakı Yay Enerji Məktəbinin iştirakçıları zəngin bilik və dəyərli təcrübə qazanacaqlar
06.07.2026 [12:34]
Xəbərin mətni
Bakı Yay Enerji Məktəbi artıq 20 ildir ki, uğurla fəaliyyət göstərir. Düşünürəm ki, proqramlarımızla bağlı hiss etdiyimiz həyəcan və coşqu bizi daim enerjili saxlayır və ölkəmiz üçün böyük əhəmiyyət daşıyan təşəbbüsləri həyata keçirmək üçün hər zaman yüksək motivasiya ilə çalışmağa sövq edir. Bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimində çıxışı zamanı deyib.