Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ciovanni Kristofoli: Enerji mənbələrinin şaxələndirilməsi getdikcə daha kritik əhəmiyyət kəsb edir

06.07.2026 [12:40]

Enerji iqtisadi inkişafın, rifahın və ölkələr arasında sülhün əsas amillərindən biridir. Bu baxımdan enerji mənbələrinin şaxələndirilməsi getdikcə daha kritik əhəmiyyət kəsb edir. Bu sözləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimindəki çıxışı zamanı deyib.