Vətəndən uzaqda Azərbaycanı yaşadanlar - Şimali Qazaxıstanda milli dəyərlər gələcək nəsillərə ötürülür
06.07.2026 [14:30]
Xəbərin mətni
Qazaxıstanın şimalında, Azərbaycanın sərhədlərindən minlərlə kilometr uzaqda yerləşən Kostanay vilayətində yaşayan soydaşlarımız uzun illərdir regionun ictimai-mədəni həyatında fəal iştirak edir, eyni zamanda, tarixi Vətənlə əlaqələrini qoruyub saxlayırlar. Buradakı azərbaycanlılar milli bayramları və əlamətdar günləri qeyd edir, Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələrinin tanıdılması istiqamətində müxtəlif təşəbbüsləri həyata keçirirlər.