Ekspert: Rəqəmsal inkişafda QHT-lərin və vətəndaş cəmiyyətinin rolu artırılmalıdır
08.07.2026 [12:19]
Xəbərin mətni
Son illər Azərbaycanda rəqəmsal transformasiya istiqamətində mühüm konseptual sənədlər qəbul olunur. Bunlar rəqəmsal maliyyə, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və ümumilikdə rəqəmsal sektorun inkişafını əhatə edən strateji sənədlərdir. Rəqəmsal transformasiya konsepsiyası, rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt strategiyası, eləcə də informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qəbul olunan sənədlər bu istiqamətdə həyata keçirilən sistemli siyasətin tərkib hissəsidir. Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib.