Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Orta Dəhliz İordaniyadan olan investorlar üçün cəlbedici imkanlar yarada bilər

08.07.2026 [15:27]

Xəbərin mətni

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi münasibətləri mövcuddur. Bu əməkdaşlıq çərçivəsində son illərdə Orta Dəhlizin əhəmiyyəti daha da artıb ki, bu da İordaniyadan olan investorlar üçün cəlbedici imkanlar yarada bilər. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.