Deputat: Azərbaycanın strateji mövqeyi fiber-optik dəhlizlərin inkişafı üçün böyük potensial yaradır
09.07.2026 [18:51]
Xəbərin mətni
Azərbaycanın Asiya ilə Avropa arasında Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşməsi artıq mövcud olan nəqliyyat, energetika infrastrukturunun fiber-optik dəhlizlərə çevrilməsi potensialını daha da artırır. Bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.