Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

09.07.2026 [18:56]

Xəbərin mətni

Rəqəmsal dünyanın yalnız risklər deyil, həm də böyük imkanlar gətirdiyini başa düşmək vacibdir. Buna görə də qanunvericilik orqanı olaraq, məqsədimiz uşaqların müasir texnologiyalara çıxışını məhdudlaşdırmaq deyil, onların istifadəsi üçün təhlükəsiz mühit yaratmaqdır. Biz uşaq və gənclərin təkcə rəqəmsal xidmətlərdən inamla istifadə etməsində deyil, həm də IT bacarıqlarını fəal şəkildə inkişaf etdirməsində maraqlıyıq. Bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova deyib.