Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıtbek Alişerov: TDT-yə üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının imzaladığı memorandum birgə səylərin effektivliyini yüksəldəcək

10.07.2026 [13:32]

Xəbərin mətni

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu və TDT-nin Maliyyə Kəşfiyyatı Orqanları rəhbərlərinin ikinci görüşü ortaq problemlərin müzakirəsi, o cümlədən çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizəyə birgə yanaşmaların hazırlanması üçün vacib platformadır. AZƏRTAC xəbər verir ki, bu sözləri Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Kəşfiyyatı Xidməti sədrinin müavini Bakıtbek Alişerov jurnalistlərə açıqlamasında deyib.