Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur Fətizadə: Əməkdaşlıq Platforması qlobal səviyyədə maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ortaq iradəmizin göstəricisidir

10.07.2026 [13:43]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Bakıda keçirilən Maliyyə Kəşfiyyatı Orqanlarının III Beynəlxalq Forumu çərçivəsində TDT-yə üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanları arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə jurnalistlərə açıqlamasında deyib.