Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sərt iqlimdə kök atan doğmalıq: Allahverdi Hüseynovun Qazaxıstan hekayəsi

10.07.2026 [16:00]

Xəbərin mətni

Şimali Qazaxıstanın sərt iqlimində, güclü küləklərə və dondurucu şaxtalara baxmayaraq, bir azərbaycanlının öz əlləri ilə əkdiyi albalı ağacı kök ataraq bar verir. Kostanay vilayətinin Ozyornoye kəndində hər il meyvə gətirən bu ağacı Qərbi Azərbaycanın Göyçə mahalından olan və uzun illərdir Qazaxıstanda məskunlaşan Allahverdi Hüseynov əkib.