İcraçı direktor: BTQ ilk dəfə xarici dövlətin rəsmi qurumu ilə əməkdaşlıq memorandumu imzalayıb
11.07.2026 [16:45]
Xəbərin mətni
Bakı Təşəbbüs Qrupunun təcrübəsində ilk dəfədir ki, əməkdaşlığa dair memorandum xarici dövlətin rəsmi qurumu ilə imzalanır. AZƏRTAC xəbər verir ki, bu fikri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Burkina Faso Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu (INHEI) ilə anlaşma memorandumunun imzalanmasından sonra media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. O bildirib ki, Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu 2015–2016-cı illərə qədər Diplomatik Akademiya kimi fəaliyyət göstərib, sonradan dövlət institutuna çevrilib. Hazırda institutda Burkina Fasonun diplomatları üçün təlim proqramları həyata keçirilir.