Azərbaycan Prezidenti: Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir
13.07.2026 [12:59]
Xəbərin mətni
Mən Pakistanın Baş naziri, əziz dostum Şahbaz Şərifə zəng edərək onu təbrik etdim ki, razılaşma əldə olunub. Bu, Pakistanın göstərdiyi vasitəçilik səylərinin nəticəsində baş verdi. Bu, bir daha göstərir ki, Pakistanın beynəlxalq səviyyədə böyük hörmət var. Pakistan yeganə ölkədir ki, vasitəçilik edə bildi və bu məsuliyyəti öz üzərinizə götürdü. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda ABŞ-İran münaqişəsi ilə bağlı Pakistanın rolundan danışarkən deyib.