Prezident: Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır və bu, müsbət roldur
13.07.2026 [14:02]
Xəbərin mətni
Biz harada kömək edə biləriksə, hər zaman orada səmimi şəkildə dəstək olmuşuq və bu, bizim əsas davranış xəttimizdir. Artıq bu, bir ənənəyə çevrilib: əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik. Əvvəllər belə bir imkanımız yox idi. Lakin bu gün artıq həm maddi, həm siyasi, həm də digər məsələlər baxımından bunu etməyə qadirik. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirib.