Azərbaycan Dövlət İnformasiya Agentliyi

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13.07.2026 [14:42]

Xəbərin mətni

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi olduqca maarifləndirici keçdi. Ən diqqətçəkən məqam odur ki, mən açıq forumda iki saat yarım ərzində ona ünvanlanan istənilən sualı cavablandıracaq başqa bir dünya lideri təsəvvür edə bilmirəm. Prezident Əliyev bu gün məhz bunu etdi. Bunu Londonda fəaliyyət göstərən “Atticus Partners” strateji kommunikasiya agentliyinin təsisçisi Leon Kuk deyib.