Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Azərbaycanda səfərdədir

13.07.2026 [14:55]

Xəbərin mətni

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Ian Saunders Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində Baş katib əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.