“Kəlağayım millidir, butalıdır, güllüdür” adlı dəyirmi masa təşkil edilib
13.07.2026 [16:37]
Xəbərin mətni
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev muzeyi”nin birgə təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunun konfrans zalında Azərbaycan kəlağayısının qorunması, təbliği və gələcək nəsillərə ötürülməsinə həsr olunmuş “Kəlağayım millidir, butalıdır, güllüdür” adlı dəyirmi masa keçirilib.