Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir

14.07.2026 [10:20]

Xəbərin mətni

Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Qlobal Media Forumundan daha uyğun məkan tapmaq çətindir. Şuşa yalnız şəhər deyil, həm də bir rəmzdir. Əsrlər boyu bura ədəbiyyatın, musiqinin, jurnalistikanın və ictimai fikrin çiçəkləndiyi intellektual və mədəni müzakirə məkanlarından biri olub. Hazırda isə bura dialoqun, ideyaların və beynəlxalq əməkdaşlığın yenidən qurulduğu məkana çevrilir. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.