Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin köməkçisi: Cəmiyyət innovasiya, təhlükəsizlik, valideyn məsuliyyəti və fərdi hüquqlar arasında tarazlıq tapmalıdır

14.07.2026 [10:33]

Xəbərin mətni

Beynəlxalq diqqətin getdikcə daha çox yönəldiyi məsələlərdən biri də sosial medianın uşaqlara və yeniyetmələrə təsiridir. Bütün dünyada hökumətlər informasiyaya çıxışı və ifadə azadlığını qorumaqla yanaşı, gəncləri zərərli məzmun, kiberbullinq (virtual zorakılıq), asılılıq yaradan alqoritmlər və psixoloji risklərdən necə qorumağı yenidən qiymətləndirirlər. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda deyib.