Abbas Abbasov: Prezident İlham Əliyevin BTQ ilə bağlı fikirləri bizim üçün ən yüksək etimaddır
14.07.2026 [13:45]
Xəbərin mətni
Şuşa Qlobal Media Forumunun dördüncü dəfə keçirilməsi göstərir ki, xarici media subyektləri ölkəmizi beynəlxalq informasiya mübadiləsinin ən mühüm platformalarından biri kimi qəbul edir. Hər il bu forumda nüfuzlu informasiya agentliklərinin nümayəndələri iştirak edərək media qarşısında duran aktual çağırışları müzakirə edir, fikir və təcrübə mübadiləsi aparırlar. Bu, Azərbaycanın qlobal media məkanına verdiyi mühüm töhfələrdən biridir. Bu fikirləri Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov səsləndirib.