Azərbaycan Dövlət İnformasiya Agentliyi

Slovakiya Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır

15.07.2026 [15:43]

Xəbərin mətni

Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilər və sənaye, əczaçılıq, maliyyə, kənd təsərrüfatı, İKT, turizm, nəqliyyat, logistika, səhiyyə, daşınmaz əmlak və digər sahələri təmsil edən 100-ə yaxın şirkət nümayəndəsi iştirak ediblər.