Şuşadan sülhə çağırış: Azərbaycan lideri beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi
15.07.2026 [18:41]
Xəbərin mətni
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, eyni zamanda qlobal media dialoqunun ünvanıdır. 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat bu dəfə IV Şuşa Qlobal Media Forumunda bir araya gəldi. Media nümayəndələrinin Qarabağa gəlişinin əsas səbəbi Azərbaycan Prezidentinə ünvanlanacaq suallar idi.