Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: UN-Habitat Azərbaycanda şəhərsalma planlaşdırılması prosesində ilk dəfə olaraq birbaşa iştirak edəcək

16.07.2026 [10:23]

Xəbərin mətni

UN-Habitat ilk dəfə olaraq Azərbaycanda bərpa, tikinti və idarəetmə xidməti vasitəsilə şəhərsalma planlaşdırılması prosesində birbaşa iştirak edəcək. Bunu Nyu-Yorkda səfərdə olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev UN-Habitatla imzalanmış “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – dayanıqlı şəhər inkişafı üçün inteqrəolunmuş ərazi planlaşdırması” layihəsi üzrə Töhfə Sazişi barədə deyib.