Fariz Əliyev: “Bir Pəncərə” sistemi Azərbaycanın nəqliyyat-logistika sektorunda rəqəmsal transformasiyanı yeni mərhələyə yüksəldəcək
16.07.2026 [11:27]
Xəbərin mətni
Azərbaycanın nəqliyyat və logistika sektorunda rəqəmsal transformasiyanın dərinləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyur. İctimaiyyətə təqdim olunan "Bir Pəncərə" informasiya sistemi yalnız yeni elektron platforma deyil, dövlət idarəçiliyində çevikliyi, şəffaflığı və səmərəliliyi artıracaq müasir rəqəmsal idarəetmə modelidir. AZƏRTAC xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında deyib.