Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Quliyev: WUF13-ün nəticələri Yeni Şəhər Gündəliyinin onillik icmalına mühüm töhfə verir

16.07.2026 [11:38]

Xəbərin mətni

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) 176 ölkədən 58 min iştirakçını bir araya gətirib. Yeni Şəhər Gündəliyinin irəliləməsi üçün əsas qlobal platforma kimi WUF13 qlobal öhdəliklərdən yerli icraya keçidə güclü diqqət yetirib. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində keçirilən “Local2030 Coalition” adlı xüsusi tədbirdə çıxışı zamanı səsləndirib.