Nazir müavini: “Bir Pəncərə” sistemi Azərbaycanın rəqəmsal logistika ekosisteminin əsas platformasına çevriləcək
16.07.2026 [13:04]
Xəbərin mətni
Azərbaycanın nəqliyyat və logistika sektorunda həyata keçirilən rəqəmsal transformasiya ölkənin beynəlxalq yükdaşımalarında rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bir Pəncərə" Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı zamanı deyib.