Natiq Şirinov: Rəqəmsal həllər gömrük prosedurlarını daha çevik və səmərəli edir
16.07.2026 [13:10]
Xəbərin mətni
"Bir Pəncərə" platforması sahibkarlar üçün gömrük prosedurlarının sadələşdirilməsi və dövlət xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov "Bir Pəncərə" Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı zamanı deyib.