Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Quliyev: Bakının baş planı monosentrik inkişaf modelindən polisentrik modelə keçidi nəzərdə tutur

17.07.2026 [14:19]

Xəbərin mətni

Azərbaycanın təxminən 10,2 milyon nəfərlik əhalisinin 59 faizə yaxını şəhərlərdə yaşayır. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz insanların həyat səviyyəsinin yüksəldilməsi, təhsil, səhiyyə, mənzil və ictimai xidmətlərə çıxışın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş yüksəksəviyyəli iclasda ölkə hesabatını təqdim edərkən deyib.