Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
17.07.2026 [17:29]
Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparıb. Xarici işlər nazirləri Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, iqtisadi-ticari və humanitar əməkdaşlığı, həmçinin regional və beynəlxalq gündəliyi müzakirə ediblər.