Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcərdə yerləşən 5 kiçik su elektrik stansiyası beynəlxalq karbon sertifikatı almaq üçün qeydiyyatdan keçib

23.07.2026 [10:56]

Xəbərin mətni

Azərbaycanın enerji sektorunda daha bir tarixi uğur əldə olunub. “AzərEnerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, “AzərEnerji” ilə “SOCAR Trading”in birgə əməkdaşlığı çərçivəsində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Meydan” və “Qamışlı” kiçik su elektrik stansiyaları beynəlxalq karbon sertifikatı almaq üçün uğurla qeydiyyatdan keçib. Bu stansiyalar üzrə illik 37 min ton karbon emissiyasının azaldılması təsdiqlənəcək və müvafiq karbon sertifikatları təqdim ediləcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI