Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa sakini: Bu gün çox sevincliyik

24.07.2026 [10:03]

Xəbərin mətni

1991-ci ildə gəlib “Gilavar” sanatoriyasına yerləşmişik. 35 ildir ki, orada yaşayırdıq. Bu gün çox sevincliyik, çünki doğma vətənimizə qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şükür bu günə. Bu günü də gördük. Bu fikirləri Şuşa şəhərinə köçən keçmiş məcburi köçkün İntizar Əmiraslanova deyib.