Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qədim ənənənin dirçəlişi: Kəlbəcər balının şöhrəti daxili və xarici bazarlara yol açır

27.07.2026 [13:34]

Xəbərin mətni

Zəngin floraya malik Kəlbəcər rayonu Azərbaycanın arıçılıq sahəsində qədim və dəyərli ənənələrini yaşadan bölgələrindəndir. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirir. Bu torpaqlarda arıçılıq, sadəcə bir peşə deyil, nəsildən-nəslə ötürülən həyat tərzidir. İşğaldan azad olunan rayonda qədim təsərrüfat sahəsi yenidən dirçəlir, arıçılar doğma yaylaqlara qayıdaraq Kəlbəcər balının şöhrətini bərpa edirlər.