Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Brent” neftinin qiyməti 92 dollara çatır

30.07.2026 [10:41]

Xəbərin mətni

Dünya birjalarında neft qiymətləri bahalaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,12 dollar artaraq 91,86 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,77 dollar bahalaşaraq 85,23 dollar təşkil edib.