Azərbaycan-Qırğızıstan müttəfiqliyi
31.07.2026 [20:58]
Bir vaxtlar yalnız ortaq tarix və mədəniyyətlə bağlı xatırlanan Azərbaycan–Qırğızıstan münasibətləri bu gün artıq strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyur. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar layihələr və Türk dünyasının birliyi istiqamətində atılan addımlar, iki ölkəni bir-birinə hər ötən gün daha da yaxınlaşdırır. Bakı ilə Bişkek əlaqələrinin inkişaf dinamikası isə bütövlükdə Türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.