Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilanda salınacaq bütün məntəqələr dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılıb

02.08.2026 [14:55]

Xəbərin mətni

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında salınacaq bütün yaşayış məntəqələri dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılıb və biz gündəlik fəaliyyətimizi də məhz bu prinsiplərə uyğun şəkildə həyata keçiririk. Artıq Cəbrayıl və Zəngilan şəhərlərinə, eləcə də Horovlu, Şükürbəyli, Ağalı və Məmmədbəyli kəndlərinə sakinlərin köçü təmin olunub. Hazırda Zəngilan və Cəbrayıl şəhərlərində məskunlaşma prosesi davam edir. Bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.