Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: Builki Yay Düşərgəsinə Avropada yaşayan gənclərimiz böyük maraq göstəriblər

02.08.2026 [15:25]

Xəbərin mətni

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinə 64-dən çox ölkədən 120-dən artıq iştirakçı qatılıb. Bu il düşərgədə iştirak üçün təxminən 700 müraciət daxil olub. Müraciətlərin əsas hissəsi xaricdə yaşayan gənclərimiz tərəfindən edilib. Bu sözləri jurnalistlərə müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.