Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəxtiyar Məmmədov: Metrodakı dəyişikliklərlə əlaqədar 6 ekspres avtobus marşrutu təşkil ediləcək

04.08.2026 [15:54]

Xəbərin mətni

Bakı Metropolitenində Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrası dövründə sərnişinlərin rahat daşınmasının təmin edilməsi məqsədilə yerüstü ictimai nəqliyyat gücləndiriləcək. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.