Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metroda Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı ödənişli ekspres avtobuslar fəaliyyət göstərəcək

04.08.2026 [15:58]

Xəbərin mətni

Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində təşkil ediləcək ekspres avtobuslar ödənişli fəaliyyət göstərəcək və tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.