Orxan Nəzərli: Son 7 ildə fiskal daxilolmaların ÜDM-də xüsusi çəkisi 5-6 faiz artıb
05.08.2026 [21:23]
Xəbərin mətni
Hazırda ölkədə 880 mindən çox aktiv vergi ödəyicisi, 61 mindən çox aktiv ƏDV ödəyicisi və 242 mindən artıq aktiv təsərrüfat subyekti fəaliyyət göstərir. Bu göstəricilər iqtisadiyyatın genişlənməsinin birbaşa nəticəsidir. Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC-a və REAL Televiziyasına müsahibəsi zamanı deyib.