Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert

10.08.2026 [19:02]

Xəbərin mətni

Dünyada əsas iqtisadi sektorların rəqəmsal transformasiyası fonunda informasiya kommunikasiya texnologiyaları mütəxəssislərinin rolunun əhəmiyyəti getdikcə artır. Azərbaycanda frilans fəaliyyətinin qanunvericilikdə təsbit olunması isə rəqəmsal iqtisadiyyatın inkişafına mühüm töhfə verə bilər. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov səsləndirib.