Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər?

17.08.2026 [10:45]

Xəbərin mətni

Doğma yurda qayıdan sakinlərin sevincinə bu dəfə Xocavənd rayonunun Quzeyxırman kəndi də şahidlik edir. İllərlə həsrətində olduqları torpaqlara qovuşan sakinlər üçün bu gün həm qürur, həm də böyük sevinc hissi ilə yadda qalır. Xocavənd rayonunun Quzeyxırman kəndinə köç edən sakinlərdən biri - Vaqif Gözəlov doğma torpağa qayıdışın sevincini bölüşərək bu günün onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.