MİDA: Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq
20.08.2026 [12:46]
Xəbərin mətni
“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində növbəti yenilik “Seçimlər” mərhələsi ilə bağlıdır. Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrılıqda yeni səhifədə yerləşdiriləcək. Bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov “Güzəştli mənzil" sistemində seçim prosesi ilə əlaqədar həyata keçirilən dəyişikliklər mövzusundakı mətbuat konfransında çıxışı zamanı deyib.